Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın işğaldan azad edilməsi ilə çiçəklənən bir Azərbaycan qurulacaq

Qarabağın işğaldan azad edilməsi üçün xalqımızın apardığı müqəddəs  Vətən müharibəsində Prezident, Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddət ərzində Azərbaycan əsgəri dünyanı heyrətə gətirəcək qələbələr qazandı.

Torpaqlarımız işğaldan elə sürətlə azad edildi ki, dünyanın super gücləri, beynəlxalq təşkilatlar nə baş verdiyini  anlamaqda çətinlik çəkdi. Ermənistan isə rəşadətli ordumuz qarşısında tab gətirə bilməyəcəyini anladı və təslim oldu. Milli ordumuzun rəşadəti nəticəsində düşmən silahı yerə qoyaraq döyüşsüz işğal etdiyi ərazilərdən çəkilməyi öhdəsinə götürdü.

Ağdamın işğaldan azad edilməsi Azərbaycan əsgərinin  qəhrəmanlıq əsərlərindən biridir. 20 noyabr yalnız ağdamlılara deyil, bütün Azərbaycan xalqına, dünya azərbaycanlılarına da böyük sevinc və öyünc gətirdi. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandanın apardığı məqsədyönlü fəaliyyətin və 44 günlük uğurlu döyüş əməliyyatlarının birbaşa nəticəsidir.

Bu bölgə də 27 il idi ki, Ermənistanın işğalı altında idi. Noyabrın 23-də cənab Preziderntin bu şəhərdə Dövlət bayrağımızı qaldırarakən dediyi kimi, Ağdam ikiqat zəfərlə, bir güllə atılmadan, bir əsgərimizin burnu belə qanamadan azad edildi. Bu qələbə məhz Azərbaycan Ordusunun  44 günlük tarixi qəhrəmanlığının ən dəyərli nəticələrindən biridir.

Düşmən əsarətində olan bütün ərazilərimizin, o cümlədən Ağdamın işğaldan azad edilməsi, həmin bölgələrin resursları ölkəmizin gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş bölgələrimiz əvvəllər olduğu kimi ölkə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edəcək. Həmin ərazilərdə böyük abadlıq və quruculuq işləri həyata keçiriləcək və dövlət başçısının da qeyd etdiyi kimi, bütün qarabağlılar  çoxdan bəri həsrətində olduqları öz ata-baba yurdlarına qovuşacaqlar.

Azad olunmuş torpaqlara qayıdacaq insanların yeni həyata başlaması üçün dövlət əlindən gələni edəcək və 30 ilə yaxın düşmən tapdağında qalmış bütün rayonlarımız, şəhərlərimiz, kəndlərimiz müasir layihələrlə yenidən canlanacaq, tarixi yerlər bərpa ediləcək. Bu böyük qayıbış və əzəmətli quruculuq Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək: tam yeni – işğaldan azad Qarabağ yüksələcək, daha da çiçəklənən bir Azərbaycan qurulacaq. 

Prezident İlham əliyev Qələbə münasibətilə xalqa müraciətində və digər açılqlamalarında bütün bu məsələlərə aydınlıq gətirdi. Beynəlxalq təşkilatların, dünyanın uzun müddət ərzində bu münaqişə ilə bağlı haqsız davranışı, Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi Ali Baş Komandanın xalqa müraciətlərində  öz dəyərini aldı. Bu qələbələrimizin kökündə isə bu gün cəmiyyətimizdə hökm sürən milli birliyimiz və həmrəyliyimiz dayanır. İndiki birliklə Azərbaycan xalqı hələ çox qələbələrə imza atacaq. Bu, həm hərbdə, həm diplomatiyada, həm iqtisadiyyatda, ümumiyyətlə, bütün sahələrdə özünü göstərəcək. Buna bütün xalqımız əmin ola bilər. 

Bugünlərdə Kəlbəcər və Laçın  da düşmən işğalından azad edilməkdədir. Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Bununla da müstəqilliyimizə təhdid hesab edilən işğal faktı  tamamilə aradan qalxmış olacaq. Bu, Azərbaycan xalqının tarixində  çox böyük bir Qələbədir!

2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad olunması gələcək yüzilliklərdə  də Azərbaycan tarixinin şanlı səhifəsi kimi yadda qalacaq və daim xatırlanacaq. Biz və bizdən sonra gələn nəsillər böyük fəxrlə bu qələbədən danışacaq və xalqımızın qəhrəmanlığı ilə həmişə fəxr edəcəklər. Ali Baş Komandan,  İlham Əliyev və  Azərbaycan əsgəri tariximizin əbədi qəhrəmanlarıdır”.

Cavanşir FEYZİYEV,
Milli məclisin deputatı, fəlsəfə doktoru 

24 Noyabr 2020 16:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə