Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə həmişə Azərbaycanın yanındadır

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan, qardaş Türkiyədən gəlmiş həkimlərlə görüşüb.

Məşhur cərrah, “Türk Ocaqları”nın Baş katibi, professor doktor Emrah Şenelin başçılıq etdiyi qardaş ölkə həkim heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən komitə sədri, hər iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, gələcəkdə də belə olacağını deyib. Qardaşlıq bağlarının möhkəmlənməsində ziyalıların müstəsna rolunu qeyd edən Q.Paşayeva, qardaş ölkə ziyalılarının istər 44 günlük müharibə günlərində, istərsə, tarixi zəfəri qeyd etdiyimiz günlərdə Azərbaycana əvəzsiz mənəvi dəstəyinin unudulmayacağını deyib.

Professor  E.Şenel deyib: “Dünyanın harasında bir türk varsa, onun dərdi ilə dərdlənirik, əlimizdən gələn yardımı edirik. Yüz il öncə olduğu kimi, bugünlərdə də ölkəmizin bütün imkanları ilə işğalçı Ermənistana qarşı savaşan can Azərbaycanın yanında dik durduq, durmağa davam edəcəyik”!

Qardaş ölkə nümayəndə heyətinin başçısı bildirib ki, Türkiyə Cümhuriyyəti dövlətinin təlimatı ilə Azərbaycanda yaralı əsgərlərə xidmət göstərmək üçün 30 nəfərlik xüsusi həkim briqadası göndərilib: “Azərbaycan xəstəxanalarında yaralı əsgərlərimizin sağalması üçün əlimizdən gələni edirik. Eyni zamanda, Tərtər, Gəncə və başqa şəhərlərdə erməni quldurlarının təxribatı, terroru sonucunda ev-eşiksiz qalmış mülki əhaliyə ərzaq və geyim yardımı göstəririk. Bugün Azərbaycanlı qardaşlarımızın yanında olmağımız lazlmdır, burdayıq, gələcəkdə başqa yerlərdə gərək olacaqsa, oraya gedəcəyik. Əslində, söhbət bizim yardımların maddi dəyərindən getmir, bu simvolik anlam daşıyır; bununla göstəririk ki, hər zaman, hər ortamda qardaşlarımızın yanındayıq”.

Q.Paşayeva bu nəcib duyğular və dərinmənalı dəstək üçün təşəkükr edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 Noyabr 2020 15:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə