Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: Qardaş Azərbaycanın haqlı mübarizəsini bundan sonra da dəstəkləyəcəyik

Hər şeydə əvvəl mərhum Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik və Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Xarici işlər Naziri Mmövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Büdcə komissiyasındakı çıxışının Azərbaycana bağlı hissəsinə bu ifadələrlə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığımız və əbədi dostluğumuz barədə fikirlərini xatırladan nazir deyib: “Can Azərbaycana dəstəyimiz, sadəcə, doğma münasibətlərimizdən deyil, Azərbaycanın beynəlxalq hüquqa əsasən haqlı olması və 30 ildir ki, torpaqları işğalda saxlanıldığı üçün zərərçəkən tərəf olması ilə bağlıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatları nəticəsində təcavüzkar Ermənistanın təslim olmasını və məlum anlaşmanın xalqımız tərəfindən coşqu ilə qarşılanmasına Bakıda da şahid olduqlarını diqqətə çatdıran nazir vurğulayıb ki, Azərbaycanın haqlı olması, ərazi bütövlüyünün bərpası bu razılaşma ilə təsdiqini tapıb.

Atəşkəs razılaşmasının şərtləri ilə bağlı parlamentarilərə geniş məlumat verən nazir bildirib ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin digər əsas hissəsi arasında birbaşa əlaqələrin qurulması qazanılan böyük uğurlardandır. Sülh prosesinin bütün tərəflərə fayda gətirəcəyinə əminliyini ifadə edən nazir Mövlud Çavuşoğlu deyib: “Bölgədə sülh və inkişaf yolunun Türkiyədən keçdiyini bütün dünya bir daha gördü. Qardaş Azərbaycanın haqlı mübarizəsini bundan sonra da dəstəkləyəcəyik”.

24 Noyabr 2020 14:49 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə