Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

24 Noyabr 2020 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Yanvar 2021 | 00:09
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə