Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ generalı: Qarabağ müharibəsi gələcəyin savaşıdır

İstefada olan amerikalı general-leyenant Tomas Şper “Breaking Defense”də dərc olunmuş məqaləsində bildirib: “Qarabağda Azərbaycanla Ermənistan arasındakı müharibə gələcəyin savaşının necə olacağını anlamağa və görməyə imkan verir”.

Hazırda ABŞ-dakı “Heritage Foundation” Strateji Tədqiqat İnstitutunun nəzdindəki Milli Müdafiə Mərkəzinə rəhbərlik edən yüksək çinli hərbçi Qarabağ savaşında Azərbaycanın qələbəsinin səbəblərini belə izah edib:

“Bakının bu silahlı münaqişədə qələbəsinin əsas səbəblərindən biri Azərbaycanın yüksək texnologiyalı silahlarla yanaşı, zərbələrin endirilməsi barədə qərarı operativ qəbul etməyə imkan verən sistemlərdən eyni vaxtda istifadə etməsi oldu. Silah daşıyan PUA-lar onlarla zirehli texnikanın məhv edilməsində xüsusi effektli olmaqla yanaşı, müasir müharibənin məhvediciliyini və sürətini, habelə ölümsaçan zərbələrin ardıcıllığında gecikmələrin aradan qaldırılmasının zəruriliyini ön plana çıxardı.

R.TAHİR,
“Xalq qəzeti”

24 Noyabr 2020 10:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Yanvar 2021 | 00:09
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə