• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxıldı

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxıldı

Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən 8 nəfərdən 6 nəfər evə buraxılıb.

 Bu barədə Modern.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Şöbə müdiri bildirib ki, həmin şəxslərin səhhəti normallaşdığı üçün ambulator müayinəyə göndərilib: "Hazırda iki nəfər şöbədə müalicə olunur. Artıq onların da səhhəti normaldır".

 Xatırladaq ki, oktyabrın 19-da gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

 

İsaq.Əmənullayev,
“Xalq qəzeti”

20 Oktyabr 2018 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin