Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda mübarizədə qazandığı möhtəşəm zəfər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Uzun illər davam edən işğaldan və 1990-cı illərin əvvəllərində baş verən faciəvi hadisələrdən sonra Sizin müdrik rəhbərliyiniz, eləcə də bu gün bütün dünyada öz peşəkarlığı və rəşadəti ilə tanınan Azərbaycan Ordusu sayəsində çox qısa müddətdə qazandığınız bu tarixi hərbi nailiyyətə şahidlik etmək möhtəşəmdir.

İndiki vaxtda Bakıda olmaq istərdim. Sizin dünyanın nüfuzlu KİV-lərinə verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqe­yini inamla və müdrikcəsinə ifadə etdiyinizi böyük məmnunluqla izləmişəm. Əminəm ki, müsahibələrinizdə göstərdiyiniz tutarlı faktlar qlobal ictimai rəyi lehinizə dəyişib və ölkənizin diplomatik müstəvidə böyük qələbə qazanmasına səbəb olub.

Mən Bakıya qayıdacağım, eləcə də ora­dakı dostlarım və həmkarlarımla görüşüb onları təbrik edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu zəfərin həm onlar, həm də bütün Azərbaycan vətəndaşları üçün daimi qürur və ilham mənbəyi olduğunu yaxşı bilirəm. Bakıdakı komandamızın “ADEX” sərgisinin təşkili ilə bağlı gördüyü işlərlə fəxr etdiyini bilirəm və inanıram ki, bu sərgi XXI əsrdə üzləşdiyimiz çağırışlara cavab verməyə hazır müasir ordunun formalaşma­sına, az da olsa, töhfəsini verib.

Sizin mənə şəxsən təqdim etdiyiniz “Dostluq” ordenini böyük qürur hissi ilə daşıyıram və bir daha bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. “ADEX” sərgisi ilə tanışlığınız zamanı Sizinlə və ölkənizin Birinci vitse-prezidenti ilə görüşmək şərəfinə nail olduğuma görə Zati-alinizə minnətdarlığımı bildirir, bu xoşbəxt anlarda Sizi yeni tarix yazdığınıza görə bir daha təbrik edirəm.

Hörmətlə,

Edvard STRAHAN
Böyük Britaniyanın “ITE Group” şirkətinin icraçı direktoru

24 Noyabr 2020 02:21 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə