Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 454 Bakı şəhəri, 23 noyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik edilməsi haqqında

“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haq­qında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Tor­paq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və vali­deyh himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respubli­kasının qanunlarında və Azərbaycan Respublika­sının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 109-VIQD nömrəli Qanununun tətbiqi və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2020-ci il 10 iyul tarixli 1097 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1534) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, 3.2-ci və 3.8-ci bəndlərinin birinci cümlələrində “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü, 3.4-cü və 3.6-cı bəndlərdə “əlil ara­basında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.

3. 3.5-ci bənd üzrə:

3.1. 3.5-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

3.2. 3.5.4-cü yarımbənddə “əmək xəsarətinin” sözləri “istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin” sözləri ilə əvəz edilsin;

3.3. 3.5.5-ci yanmbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

4. 3.12-ci bənd üzrə:

4.1. 3.12-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə, “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

4.2. 3.12.1-ci yanmbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

5. 3.13-cü bəndin ikinci və üçüncü cümlələrində “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

6. 3.14-cü bənd üzrə:

6.1. 3.14-cü bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

6.2. 3.14.1-ci yarımbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

7. 3.17-ci bənd üzrə:

7.1. ikinci cümlədə “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

7.2. dördüncü cümlədə “əlil arabasını” sözləri “əlilliyi olan şəxs üçün arabanı” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə