Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın “Samur” sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

Noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət hu­manitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşıla­naraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humani­tar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

24 Noyabr 2020 02:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…
19 Yanvar 2021 | 01:01
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə