Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kestutis Yankauskas: Füzulidəki dağıntıları gözlərimizlə gördük

İlk növbədə Füzuliyə gələn hər bir insan özünə sual verir: müharibə nədir, dağıntılar nədir? Hər kəsin, hər bir insanın, ailənin istədiyi inkişaf və sülhdür.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın işğaldan azad olunan Füzuli şəhərinə səfər edən Avropa İtti­faqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Avropa İttifaqının Azərbaycan və regi­onla sülh, inkişaf üçün əməkdaşlıq etdiyini deyən K.Yankauskas bildirib: “Ümid edirik ki, gələcəkdə belə hadisələr baş verməyəcək, yalnız sülh və əmin-amanlıq olacaq. Bura gələn hər kəs görür ki, müharibə, dağıntılar, sülh nədir. Bunlar göstərir ki, müharibə ilə sülh arasın­da hansı ziddiyyət var. Bu səfəri təşkil etdiyi üçün Azərbaycan rəsmilərinə təşəkkürümü bildirirəm ki, bütün bunları öz gözlərimizlə görə bildik”.

24 Noyabr 2020 01:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə