Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erkan Özoral: Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri cinayətlər əsl vəhşiliyin göstəricisidir

Burada gördüklərimiz bir daha sübut etdi ki, qarşı­mızda insanlıqdan nəsibini almamış və hər cür pisliyi edə biləcək düşmən var. Azərbaycanın qazandığı bu zəfər, həqiqətən, çox böyük qələbədir. Qırx dörd gün ərzində düşmənə qarşı aparılan mübarizə və daha sonra siyasi arenada qazanılan qələbə çox böyük zəfərdir. Azərbaycan xalqını bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu fikirləri AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbirinə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

Ermənilərin işğal altın­dakı ərazilərdə törətdikləri cinayətlərin əsl vəhşiliyin göstəricisi olduğunu vur­ğulayan diplomat deyib: “Qısaca bu vandallıq və barbarlıqdır. Burada insan­lığa sığmayan cinayətlər törədilib, binalar, evlər, yollar dağıdılaraq məhv edilib. Ermənilər bu ərazilərdə öz məkrli maraqlarını güdərək, buraları insanın yaşaya bilməyəcəyi şəkildə xaraba­zara çeviriblər. Azərbaycan mədəniyyət abidələrinə, ya­şayış məntəqələrinə yüksək diqqət və qayğı göstərdiyi halda, ermənilər əksinə, təsəvvür edilməyəcək qədər cinayətlər törədib, daş üstündə daş qoymayıblar. Həqiqətən də çox üzücü bir vəziyyətdir. Amma, Allaha şükür, torpaqlarımız işğal­dan azad edildi. Bu torpaq­ların abadlaşdırılıb gülüsta­na çevriləcəyi günü tezliklə görəcəyik".

24 Noyabr 2020 01:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə