Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur

Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur

Trend-in məlumatına görə, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır: "Amma bu, özlüyündə çağırışlar da yaradır. Bu çağırışlardan da ən əsası məşğulluq məsələsidir. Hər il əmək bazarına 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir".

S.Babayev qeyd edib ki, Azərbaycanda ömür həddi də uzanır. Ölkədə qadınlar üçün gözlənilən orta ömür həddi 78, kişilər üçün 73 yaşdan çoxdur. Nazir hesab edir ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömürü də uzanır.

S.Babayev deyib ki, Azərbaycanda əhalinin tərkibinə baxdıqda hər 1000 kişiyə 1004 qadın düşür: "Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Lakin gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək".

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 16:40 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə