Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həmkarlar İttifaqlarının yetirməsi Avropa çempionu oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb.

Konfederasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub. Müka­fatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayırdı.

R.TAHİR, “Xalq qəzeti”

24 Noyabr 2020 01:08 - CƏMİYYƏT
CƏMİYYƏT
22 Yanvar 2021 | 03:03
Qərb bölgəsindən xəbərlər
21 Yanvar 2021 | 21:29
Daha bir əsgərimiz şəhid oldu

Köhnə versiyamızdan xəbərləri izlə