Ən son xəbərlər
Paytaxtın müxtəlif ərazilərində yeni mövsümün ağacəkmə və yaşıllıqlara quluq kampaniyası uğurla davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumatda bildirilir ki, görülən işlər qurumun hazırladığı yeni yaşıllıq layihəsi əsasında aparılır.
Kampaniya zamanı Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağaclarla yanaşı, yeni enliyarpaqlı tinglərdən və xüsusi rəng çalarlı ağcaqayınlardan da istifadə olunur. Ötən gün birliyin işçiləri müxtəlif tullantılarından təmizlənmiş sahələrdə və magistral yolların kənarlarında 500 ədəd yeni ağac əkib, tingləri suvarıb və ətrafdakı yaşıllıqlara qulluq göstəriblər. Mövsüm ərzində şəhərin müxtəlif massivlərində 20 mindən artıq yeni ağacın əkilməsi nəzərdə tutulub.
Təcrübəli landşaft mütəxəssislərinin hazırladıqları bu xüsusi layihənin həyata keçirilməsi şəhərin yaşıllıqlarında yeni rəngləri yaratmaqla yanaşı, ekoloji mühiti də xeyli sağlamlaşdıracaq. Bakıda yaşıllıqların zənginləşdirilməsi və artırılması tədbirləri paytaxtın estetik görünüşünün səviyyəsini yüksətməyə xidmət edir.
T. AYDINOĞLU, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə