Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəsmi Seul münasibətlərin bərpasına çalışır

Cənubi Koreya Respublikası və Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında daimi əlaqənin bərpası rəsmi Seul və Pxenyan arasında münasibətlərin yenidən qurulması prosesində başlanğıc nöqtəsi ola bilər. Bu bəyanatla Cənubi Koreyanın birləşmə naziri Li İn Yon Seulda koreyalararası münasibətlərə həsr olunmuş forumda çağırış edib. Bu barədə “Reuters” agentliyi məlumatı yayıb.

Agentlik yazır ki, iki ölkə arasında əlaqə Şimali Koreyanın Keson şəhərində yerləşən koreyalararası rabitə ofisini partlatdığı iyun ayından etibarən kəsilib. Məsələ ilə bağlı çıxış edən Cənubi Koreyanın birləşmə naziri Li İn Yon deyib: “Yeni ofisin açılması və əlaqənin bərpası yeni sülh müddətinin başlaması üçün siqnal ola bilər”.

Ofisin partladılmasını koreyalıların sülh ümidlərini dağıdan səhv addım adlan­dıran nazir düşmənçiliyin yenidən alovlanmasına və gərginləşməyə yol verməməyə çağırıb. O, həmçinin ikitərəfli əlaqəlrin gücləndirilməsi üçün Seulda KXDR-in, Pxenyanda isə Cənubi Koreya Respubli­kasının nümayəndəliyinin açılmasını təklif edib.

Xatırladaq ki, 2020-ci ilin iyununda Cənubi Koreyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hava şarları vasitəsi ilə Şimala 500 minə yaxın təbliğat vərəqəsi göndərmişdi. Şi­mali Koreya rəhbərliyi bunu koreyalararası sülh sazişini pozan düşmənçilik kimi qiymətləndirmiş və cavab olaraq Seulla bütün rabitə xətlərini bağlamış, Keson şəhərindəki ofisi partlatmışdı.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

24 Noyabr 2020 01:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2021 | 03:01
2 milyard dollar investisiya
22 Yanvar 2021 | 02:57
Xərclər artacaq
22 Yanvar 2021 | 02:56
Filiallar bağlanır
22 Yanvar 2021 | 02:56
“F-35” sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə