Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft həftəyə artan qiymətlə başladı

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,8 faiz artaraq bir bareli 45,83 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,5 faiz artaraq bir bareli 42,80, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,4 faiz artaraq bir bareli 45,91 dollar olub.

Ekspertlər bildiriblər ki, üsyançı husilərin Səudiyyə Ərəbistanının iki iri neft yatağını Yəməndən güclü raket atəşinə tutması nəticəsində dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı dünya bazarına az neft ixrac edib və nəticədə birjalarda “qara qızıl”ın qiyməti artıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

24 Noyabr 2020 01:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə