Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlcəzair səfiri: Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb

Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 Noyabr 2020-ci il tarixində azad edilmiş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb: "Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb".

23 Noyabr 2020 20:42 -

Köhnə versiyamızdan xəbərləri izlə