• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkili”nə həsr olunmuş regional müşavirə keçirilib

“Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkili”nə həsr olunmuş regional müşavirə keçirilib

Xaçmaz rayonu “Azərbaycan-Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsin”də “Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkili”nə həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə nazirliyin məsul işciləri, Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər. Müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, keyfiyyətli toxum istehsalında torpağın düzgün becərməsinin, səpin normasının və müddətinin əhəmiyyəti, elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması, həmcinin tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanış olmaq və fermerlərlə fikir mübadiləsi aparmaqdan ibarətdir.

Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək taxılçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. Qeyd edib ki, taxıl səpinin başlanması ilə əlaqədar kondisiyalı toxum materialından istifadə etməklə səpinqabağı torpağın aqrotexniki qaydalara uygun becərilməsi, səpin normasının nizamlanması, səpinin vaxtında və keyfiyyətlə aparılması torpaq–iqlim şəraitinə uyğun sortların düzğün secilmısi gələcək bol məhsulun əsasıdır.  natiq respublikada 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparıldığını bildirərək, fermerləri bu laboratoriyaların potensial imkanlarından istifadə etmələrini məqsədəuyğun hesab edib.

Müşavirədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov “Toxumçuluğun elmi əsaslarla inkişafı”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Keyfiyyətli toxum istehsalında torpağın düzgün becərilməsinin, səpin normasının və müddətinin əhəmiyyəti”, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov isə “Elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması” mövzularında çıxışlar edib, bu sahənin inkişafı ilə bağlı təkliflər səsləndiriblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

20 Oktyabr 2018 16:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin