Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasına daha 2187 yoluxma faktı qeydə alınıb, 634 nəfər sağalıb, 29 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2187 yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 95 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 64 min 475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib. Aktiv xəstə sayı 29646 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 617 min 239 test aparılıb. Bugünkü test sayı isə 9784-dür.

23 Noyabr 2020 16:50 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə