Ən son xəbərlər
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə 200-dən çox vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.
Görüş və qəbulları online formatda keçirən deputat müraciət edənlərlə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Eyni zamanda Qənirə Paşayevanın köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib. Deputat həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib.
Qeyd edək ki, həmin müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə