Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Lavrov: “UNESCO-nun Dağlıq Qarabağdakı abidələrin mühafizəsi ilə bağlı aktivlik göstərəcəyinə ümid edirik”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Qarabağdakı abidələrin mühafizəsi ilə bağlı UNESCO-nun böyük aktivlik göstərəcəyini hesab edir.

“RİA Novosti”nin  verdiyi xəbərə görə, Lavrov bu yaxınlarda UNESCO-nun rəhbərliyi ilə danışdığını deyib.

O, Dağlıq Qarabağda mədəni, dini, sivilizasiya mirasının qorunub saxlanılması üçün bu təşkilatın öz xidmətlərini müvafiq konvensiyalara uyğun olaraq daha səmərəli göstərməyinin qaçılmaz olduğunu vurğulayıb: “Hesab edirik ki, UNESCO Suriyada, xüsusilə Hələb və Palmirdə mədəni abidələrin mühafizəsinin təşkili ilə bağlı çoxsaylı müraciətlərimizə diqqət göstərməsə də, burda böyük aktivlik nümayiş etdirəcək”.

Qeyd edək ki, Rusiyanın bir neçə nazirindən ibarət nümayəndə heyəti Ermənistanda səfərdə olub.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2020 14:29 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə