Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teylor Svift “American Music Awards”da ilin artisti seçilib

Teylor Svift “Artist of the Year American Music Awards 2020” nominasiyasında qalib olub. Bu barədə “Reuters” məlumat yayıb.

Otuz yaşlı T.Svift 10 dəfə “Qremmi” və 30 dəfə “American Music Awards” mükafatı qazanıb. 2019-cu ildə “Forbes” jurnalı onu ilin ən yüksək ödənişli artisti adlandırıb: müğənninin gəliri 185 milyon ABŞ dolları olaraq qiymətləndirilib. Keçən il “Time” jurnalı onu dünyanın ən nüfuzlu 100 adamından biri seçib.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2020 14:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə