Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan komandası Avropa çempionatını 4-cü yerdə başa vurub

Praqada start götürən cüdo üzrə Avropa çempionatı başa çatıb.Azərbaycan komandası qitə çempionatını 4-cü yerdə başa vurub. Belə ki, 14 cüdoçu ilə yarışa qatılan komandamız, ümumilikdə, 5 – 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib.

Qızıl medalı yığmamızın aktivinə Orxan Səfərov (66 kq) yazdırıb. Yığmamızın digər üzvü İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal alıb. Bürünc medalları Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazanıblar. Murad Fətiyev (81 kq) və Elmar Qasımov (100 kq) isə 7-ci yeri tutublar.

Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.Ümumi komanda hesabında Fransa yığması 8 medalla birinci yeri qazanıb. Rusiya 7 medalla ikinci, Gürcüstan 6 medalla üçüncü yeri tutublar.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

23 Noyabr 2020 14:22 - İDMAN
İDMAN
23 Yanvar 2021 | 01:08
Yeni rekord
22 Yanvar 2021 | 02:58
Ronaldudan yeni dünya rekordu
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi

Köhnə versiyamızdan xəbərləri izlə