Ən son xəbərlər
Bunu Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin APA -ya müsahibəsində deyib.
Dəfir bildirib ki, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmaq üçün bir qurum kimi yaradılıb. İlk illərdə hər iki tərəf bu orqanı istifadə edə bilmədi və ya istifadə etmək istəmədi. Hər biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç həmsədr ölkənin tərəfləri danışıqlar masasında bir araya gətirməyi bacaracağı gözlənilirdi, təəssüf ki, tərəflər imtina etməyə davam etdilər. Mənim fikrimcə, Minsk Qrupu uğursuz deyildi - sadəcə, tərəflər ciddi danışığa müqavimət göstərirlərsə, siz iki düşməni bir masa arxasında oturmağa məcbur edə bilməzsiniz.
"Danışıqlara gəlincə, bu gün fərqli situasiyadayıq. Noyabrın 9-da əldə olunan üçtərəfli bəyanatda nə Azərbaycanla Ermənistan arasında münasibətlərin təfərrüatları, nə də münaqişə bölgəsində yaşayan azərbaycanlıların və ya ermənilərin hüquq və vəzifələrinə toxunulmadığı üçün münaqişənin hərtərəfli və davamlı nizamlanması hələ də həllini gözləyir. Minsk Qrupunun mandatı bu cür tənzimlənmənin asanlaşdırılmasını ehtiva edir, bu səbəbdən də bu mandat hələ başa çatmayıb. Beləliklə, həmsədrlər və Minsk Qrupunun işi davam edəcək".
Köhnə versiyamızdan xəbərləri izlə