Ən son xəbərlər
Misirin “Aldiplomasy” informasiya portalı Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin sabiq müavini, Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi general-leytenant Movses Akopyanın etirafı barədə xəbər yayıb.
Türkiyənin Anadolu agentliyinin yayılmladığı xəbərdə erməni generalın 44 günlük müharibədə “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edildiyi barədə jurnalistlərə açıqlaması diqqətə çatdırılıb. Qeyd olunub ki, Akopyan raketlərin hansı istiqamətdə istifadə edildiyini deməyib.
Xəbərdə vurğulanıb ki, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri qadağan olunmuş silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrinə hücumlar həyata keçirib. Azərbaycanın Baş Prokurorluğu bununla bağlı bildirib ki, işğalçı ölkə “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edib. Bu faktlar “Human Rights Watch” və “Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağlasığmaz” kimi qiymətləndirilib. Eyni zamanda, Ermənistanın raket hücumları nəticəsində 93 mülki şəxsin həlak olması, 400-dən çox insanın yaralanması ilə bağlı cinayət işi açılıb.
Köhnə versiyamızdan xəbərləri izlə