Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarix Muzeyində eramızdan əvvəl X-IX əsrlərə aid gil küpə qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda Ağcabədidən tapılmış eramızdan əvvəl X-IX əsrlərə aid gil küpə saxlanılır.

Muzeydən bildirilib ki, küpə yaxşı bişirilmiş və gili tünd boz rəng alıb. Qabın ağzı boğazdan yuxarı kənara doğru enlənir, gövdəsi isə konusvarı formaya malikdir. Gövdənin çiyin hissəsində üfüqi trapesşəkilli iki qulp yapılıb, qulpların mərkəzində isə dəlik açılıb. Gövdə bir-birinə paralel maili cızıq xətlərlə bəzədilib, oturacağı düzdür. Küpənin xarici səthi cilalıdır, saxlanma vəziyyətinə görə qismən tam olsa da, qulplarının bəzi yerləri sınıb.

23 Noyabr 2020 12:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə