Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Efiopiya hökuməti Tıqray üsyançılarına təslim olmaq üçün 72 saat vaxt verdi

Efiopiya hökuməti Tıqray əyalətindəki üsyançıların rəhbərliyinə və dəstələrinə silahlarını yerə qoymağı və federal qüvvələrə müqaviməti  dayandırmaları üçün 72 saat vaxt verdi.

Efiopiyanın Baş naziri Abiy Əhməd bildirib ki, "Tıqraydakı əməliyyatın üçüncü və son mərhələsi başlayır: "Hökümət "Tıqray Xalq Azadlıq Cəbhəsi"nin liderlərini və döyüşçülərini dinc şəkildə təslim olmağa çağırır".  Abiy Əhmədin Efiopiya əyalətinin əhalisinə edilən və hökumət portalında yayımlanan müraciətində  "bunun son fürsət" olduğu vurğulanıb.

Tıgray əyalətinin paytaxtı Mekele şəhərinin əhalisi üsyançıların rəhbərliyini həbs etməyə və üzvlərini ədalətə təhvil verməyə çağırılıb.

Efiopiya hökumətinin hazırkı ultimatumu ikincidir. Baş nazir 14 noyabrda da üsyançılara təslim olmaq üçün 72 saat vaxt vermişdi. Lakin Mekeledəki silahlılar ultimatumu rədd edib və hökumət qüvvələrinə müqavimət göstərirdilər. Federal qüvvələr 17 noyabrda aktiv döyüş əməliyyatlarına başlayıb və Mekeleyə şimal və cənubdan yaxınlaşıblar.

                                                              

23 Noyabr 2020 11:53 -

Köhnə versiyamızdan xəbərləri izlə