• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 19-da AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

www.science.gov.az saytıyazır ki, iclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. H.Qurbanov AHİ-nin büdcəsinin əməkdaşların əmək haqqı və mükafatından daxil olan 1,5 faiz hesabına formalaşdığını söyləyib. O, AHİ-nin aparatında yaranan maliyyə çətinliyinə görə 4 ştatın (mütəxəssis, sədrin müşaviri, mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri və mühasib) ləğv olunması təklifini irəli sürüb.

İclasda Azad Həmkarlar İttifaqının aparatında struktur dəyişikliyinin edilməsi və 4 ştatın ləğv olunması yekdilliklə təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 16:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin