Ən son xəbərlər
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Skillinq open” turnirində bu gün növbəti görüşlərini keçirəcək. Verilən məlumatına görə, 33 yaşlı qrossmeyster yarışın ikinci günündə daha beş rəqiblə üz-üzə gələcək.
Rəcəbov 6-cı turda Alireza Firuzca (İran), 7-ci turda Levon Aronyan (Errmənistan), 8-ci turda Yan-Kriştof Duda (Polşa), 9-cu turda Dinq Liren (Çin), 10-cu turda isə Aniş Giri (Niderland) ilə görüşəcək. Onlayn keçirilən turnir “Champions chess tour” çərçivəsində təşkil edilir.
Qeyd edək ki, Teymur Rəcəbov ilk yarış günündə 1,5 xal toplayıb və hazırda 14-15-ci yerləri bölüşdürür. Ölkəmizin şahmatsevərləri bu gün erməni rəqibi ilə görüşündə ona qələbı arzulyırlar.
R.TAHİR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə