Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixçi alim: Kəlbəcərdəki Xudavəng monastırı Azərbaycan xalqının əcdadlarına mənsub olub

Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub.

Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksinin erməniləşdirmə cəhdləri barədə danışarkən deyib.  Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir.

Tarixçi bildirib ki, mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq (e.ə. I əsr antik mənbələrdə “Orxistena”, gürcü və erməni mənbələrində “Artsax”, “Xaçın” adlandırılan) vilayətinin “Rostok” adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi. Alban dövlətçiliyi kiçik alban knyazlıqlara parçalandıqdan sonra monastır müstəqil Xaçın knyazlığı sülaləsinin idarə etdiyi ərazilərə tabe olub: "Knyazlığın hakim alban sülaləsinin etnik mənsubiyyəti mübahisəlidir: bəzi mənbələrə görə, onlar Mehrani nəslindən idi, digər fikirlərə görə onlar maskut (massaget) Ərşak nəslindən olmuşlar. Hər iki halda Xaçın knyazlığı sülaləsinin və knyazlıq əhalisinin erməni-haylara heç bir aidiyyatı yoxdur. Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər".

Mütəxəssis Ü.Hacıyeva göstərir ki, Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir.

23 Noyabr 2020 11:49 -

Köhnə versiyamızdan xəbərləri izlə