Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yuventus” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi

"Yuventus" klubunun idman direktoru Fabio Paratiçi hücumçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında xəbərlərə münasibət bildirib.

Sportline.az bu barədə "Goal"a istinadən xəbər verir.

"Sizi inandıra bilərəm ki, Kriştianu Ronaldu "Yuventus"da qalacaq. Biz transferlər haqqında şayiələrə çox vaxt ayırmırıq, hər gün çoxlu xəbər meydana çıxır", - Paratiçi bildirib.

Daha əvvəl Ronaldunun 2021-ci ildə Turin "Yuventus"undan mümkün gedişi haqqında bildirilib. Eyni zamanda Kriştianu Ronaldunun yenidən İngiltərənin "Mançester Yunayted" klubuna qayıda biləcəyi barədə xəbər yayılıb.

Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra İspaniya "Real Madrid"inə keçən futbolçu 2018-ci ilin yayında "Yuventus"la 4 illik müqavilə imzalayıb. O, mankunianların heyətində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2020 11:02 - İDMAN
İDMAN
22 Yanvar 2021 | 02:58
Ronaldudan yeni dünya rekordu
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib

Köhnə versiyamızdan xəbərləri izlə