Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadlı fermerlər indiyədək 13 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar

Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, sabirabadlı taxılçıları ötən ilin payızında 25 min 148 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 39 min 510, buğda zəmilərindən isə 64 min 378 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 103 min 888 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 41.3 sentnerə çatdırıblar.

Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 13 min 742 hektar sahədə səpin aparıblar ki, bunun da 15 min 971 hektarı buğda, 7 min 771 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

23 Noyabr 2020 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə