Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın yeni prezidenti Bayden gələcək kabineti formalaşdırır

ABŞ-a yeni prezident seçilən demokrat Cozef Bayden gələcək rəhbərliyindəki əsas təyinatlarını 24 noyabrda elan edəcək. Bunu Baydenin Ağ ev aparatının rəhbəri təyin etdiyi Ron Klayn açıqlayıb.

“Əgər konkret şöbələrə kimin rəhbərlik edəcəyini bilmək istəyirsinizsə, seçilmiş prezidentin noyabrın 24-ə onların adlarını verəcəyini gözləməlisiniz”– Klayn deyib.

Yeni aparat rəhbərindən demokratlaınr liderinin keçid komandasının administrasiyanın ümumi işlər idarəsini Baydenin ABŞ-dakı qələbəsini qəbul etməsinə məcbur etmək üçün hansı təsir gücünə sahib olduğu soruşularkın bildirib: “İşlərin qəbulu prosesinin yalnız bir hissəsinə nəzarət edirik. Ağ ev və kabinetin işçilərini seçirik, siyasi kursun formalaşdırılması üçün planlar hazırlayırıq, yüksək səviyyəli görüşlər keçiririk”.

R.TAHİR,
“Xalq qəzeti”

23 Noyabr 2020 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə