Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı ictimai rəy sorğusu keçirilir

Mədəniyyət sahəsində islahatlar prosesi davam edir. İslahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, bu sahədə iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin təşkili, müasir menecment üsullarının uğurlu tətbiqi ilə effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.

Qeyd olunan islahat tədbirləri əhatəli şəkildə hazırlanacaq Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasında öz əksini tapacaqdır.

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin, vizyonunun və prioritet sahələrinin müəyyənləşdirilməsi və bu prosesdə geniş ictimai rəyin və yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi olduqca vacibdir.

Mədəniyyət Nazirliyi  bu məqsədlə ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişafı,  sahənin daha səmərəli şəkildə idarə edilməsi, milli yaradıcı potensialın reallaşdırılması ilə bağlı fikir və mülahizələrini bildirmək istəyən vətəndaşlarımızı, yaradıcı insanları Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasının hazırlanması üçün ictimai rəyin öyrənilməsi sorğusunda iştirak etməyə dəvət edirik.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2020 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə