Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda monitorinqin nəticələrinə dair mətbuat konfransı keçirilib

 “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda monitorinqin nəticələrinə dair mətbuat konfransı keçirilib

Oktyabrın 19-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

www.science.gov.az saytıyazır ki, tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Alim Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, bu mövzu ilə əlaqədar müvafiq görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.

Daha sonra institutun monitorinq şöbəsinin müdiri, fil.ü.f.d., dosent Sevinc Əliyeva mövcud dil mənzərəsini öyrənmək üçün şöbə əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.

İnstitutun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nəzakət Qaziyeva isə çıxışında musiqiçilərin ifasında müşahidə olunan dil qüsurları və monitorinqlərin nəticələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu sahədə aparılan monitorinqlər göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənaraçıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunlar nəzərə alınaraq musiqi ifaçıları ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar.

Müzakirələrdən sonra mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 16:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə