Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edib

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarronun xəbərdarlıq edib.

Bildirib ki, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. "Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar", - deyə D.Nabarro qeyd edib.

ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.

23 Noyabr 2020 09:15 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə