Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Benilüks Azərbaycanlıları Konqresinin 4 illik fəaliyyət planı müzakirə olunub

Niderlandın Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) 5-ci Qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, qurultayın açılışında BAK-ın fəaliyyətini əks etdirən video nümayiş olunub və illik hesabat dinlənilib.

Benilüks Azərbaycanlıları Konqresinin nizamnaməsində bəzi dəyişikliklər edilib.

Qurultayda qonaq və müşahidəçi qismində, Niderland və Belçika Koordinasiya Şurasının, Ana Vətən Cəmiyyətinin, Odlar Yurdu Təşkilatının, Niderland Azərbaycan Evinin, Avropa Azərbaycanlıları saytının rəhbərləri və Niderlanda yaşayan diasporumuzun fəal üzvləri iştirak ediblər.

Qurultayda Benilüks Azərbaycanlıları Konqresinin yeni prezidenti və 13 nəfərdən ibarət İdarə heyəti üçün seçki keçirilib. Elsevər Məmmədov yenidən yekdilliklə qarşıdan gələn 4 il müddətinə Benelüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti seçilib. BAK-ın 4 illik fəaliyyət planı müzakirə olunub.

Qurultay çərçivəsində Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovaya 70 illik yubiley münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubu çatdırılıb.

23 Noyabr 2020 09:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə