Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Putin Dağlıq Qarabağla bağlı bəyanat mətninin müəlliflərini açıqlayıb

Noyabrın 9-da Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatın mətninin hazırlanması onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.

Bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramı üçün verdiyi müsahibəsində deyib.

V.Putin bildirib: "Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq - təbii ki, mən, [Azərbaycan Prezidenti İlham] Əliyev və [Ermənistan] Baş nazir Nikol Paşinyan". Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi.

Prezident Putin əlavə edib ki, əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü: "Və bunu biz hazırda edirik. Bu səbəbdən [birgə bəyanatın] müəllifləri şübhəsiz ki, üç tərəfdir".

22 Noyabr 2020 22:20 -

Köhnə versiyamızdan xəbərləri izlə