Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 452 Bakı şəhəri, 19 noyabr 2020-ci il

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112; 2019, № 3, maddə 544; 2020, № 1, maddə 86) 4-cü hissəsində “məhkəmənin” sözü “cinayət prosesini həyata keçirən orqanın” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə