• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Bir-birimizə dəstək olmalıyıq

Q.Paşayeva: Bir-birimizə dəstək olmalıyıq

Milli Məclisin deputatı Qənirə Paşayeva  Azərbaycanda səfərdə olan qardaş Türkiyədən gəlmiş Körpübaşı bələdiyyəsi rəsmiləri, şəhid ailələri cəmiyyəti, “Demokrat Qəzetəçilər və Yazarlar Dərnəyi”, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, QHT nümayəndələri ilə  görüşüb.

 “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın və “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin sədri Zaur Qəriboğlunun iştirakı ilə keçən görüşdə qonaqları salamlayan Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun yaradılmasının və Nuru Paşanın rəhbərliyi altında Türk--Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümlərinin keçirildiyi bir dönəmdə Azərbaycanda görməkdən çox şad olduğunu deyib. O, bu 3 mühüm və tarixi hadisələr barədə geniş məlumat verib. Bildirib ki, bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu anlatmaq üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. 

Q. Paşayeva Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayıb. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən qardaş Türkiyənin şəhid ailələri, yazarlar, şairlər, aydınları  “bir millət iki dövlət” düşüncəsi ilə  hər zaman Azərbaycanın yanındayıq deyiblər. Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyi tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı materiallar hədiyyə edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Oktyabr 2018 15:09 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin