Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.

Sizin əzmkarlığınız, ərazi bütöv­lüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət ha­zırda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olma­ğın əsas xüsusiyyətlərini – rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanın rumıniyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Ramona Nikol MANESKU
Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü

21 Noyabr 2020 13:40 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə