Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Ali Baş Komandan!

Zati-alinizin rəhbərliyi ilə qar­daş Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik. Azərbaycanın ərazi bütövlüyü­nü təmin etmək üçün həyata keçir­diyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gətirdiyini qeyd etmək istəyirəm. Bö­yük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliyi­nin təməli daha da möhkəmlənib.

Əziz Qardaşım, “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizə olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkənizə səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırıl­ması “Bir millətin iki diasporu olmaz” fikrinin bariz nümunəsi oldu.

Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadoludakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan sonra da hər zaman olacağını bilməyinizi istəyirəm.

Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işğalçı erməni ordusunu qarşınızda diz çökdürdünüz. Bununla da “Qarabağ Azərbaycandır!” ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.

Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı-qardaşlarımızı qorusun!

Cənab Prezidentim, dərin hörmət və ehtiramla,

Binəli YILDIRIM
Türkiyə Respublikasının sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili

21 Noyabr 2020 13:39 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə