Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 372-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 6 iyul tarixli 670 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 6 iyul tarixli 671 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiya­sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası­nın qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Patent haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 372-IVQD nömrəli Qanunu­nun tətbiqi haqqında” Azərbaycan Respubli­kası Prezidentinin 2012-ci il 6 iyul tarixli 670 nömrəli Fərmanının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 679) 3-cü hissəsi ləğv edilsin.

2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 671 nömrəli Fərmanının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 680) 3-cü hissəsi ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

21 Noyabr 2020 13:36 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə