• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu ildə qarşılıqlı olaraq Türkiyədə “Rusiya ili”, Rusiyada isə “Türkiyə ili” keçiriləcək

2019-cu ildə qarşılıqlı olaraq Türkiyədə “Rusiya ili”, Rusiyada isə “Türkiyə ili” keçiriləcək

Artıq yeddi aydır ki, Rusiyanın paytaxtı Moskvada Türkiyənin Yunus Əmrə İnstitutu fəaliyyətə başlayıb. Mədəniyyət mərkəzinin rəhbəri Ankara Qazi Universitetinin professoru, klassik ədəbiyyat üzrə mütəxəssis Ömər Özkandır.

-- Mən 1993-cü ildən bəri Ankara Qazi Universitetində çalışıram. Rusiyaya gəlməzdən öncə Krımda universitetdə çalışdım. Moskvadakı fəaliyyətimə gəlincə, 2012-ci ildə Rusiya ilə Türkiyə arasında  “Qarşılıqlı mədəniyyət mərkəzlərinin açılması haqqında” bir anlaşma imzalanıb. Bu anlaşmaya əsasən, Ankarada Rusiyanın Elm və Mədəniyyət Mərkəzi, Moskvada Yunus Əmrə İnstitutu açıldı. İki il öncə buraya – Yunus Əmrə İnstitutunun Moskva mədəniyyət mərkəzini qurmaq üçün təyinat aldım. Bu prosesləri bitirdikdən sonra, 7 ay bundan əvvəl artıq institutun açılış mərasimini keçirdik. Bildiyiniz kimi, Yunus Əmrə İnstitutu Türkiyə dövlətinin rəsmi mədəniyyət mərkəzinin adıdır. Dünyanın müxtəlif şəhərlərində belə mərkəzlər fəaliyyət göstərir, Moskva sayca 57-ci oldu. Yəni bizim bütün fəaliyyətimiz dövlət səviyyəsində qarşılıqlı işbirliyinə əsaslanır. Mərkəzin məqsədi Türkiyəni, türk tarixini, mədəniyyətini və incəsənətini tanıtmaq və tanımaq istəyənlərə də bu imkanı yaratmaqdır. Rusiya paytaxtında bu hədəflərimiz istiqamətində fəaliyyət göstəririk.

 Oktyabrın 24-də Moskvanın “Arkadiya” ticarət mərkəzindəki salonların birində Türk filmləri günlərinin açılış mərasimi keçiriləcək. Üç gün dalbadal rus dilində alt yazılı türk filmləri nümayiş etdirəcəyik. Noyabrın 13-də isə yenə də bizim mərkəzimizin təşkilatçılığı ilə burada Türkiyə tarixçisi İlber Ortaylı və türkoloq Dmitri Vasilyev Rusiya və Türkiyə əlaqələrinin gələcəyi ilə bağlı söhbət edəcəklər.

2019-cu il qarşılıqlı olaraq Türkiyədə “Rusiya ili”, Rusiyada isə “Türkiyə ili” elan olunub. Bu il çərçivəsində də qarşılıqlı fəaliyyətlərimiz – film günləri, konfranslar, konsertlər, xatirə günləri kimi tədbirlərimiz olacaq. Məsələn, xatirə günləri çərçivəsində Türkiyə şairi Nazim Hikmət anılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 Oktyabr 2018 14:43 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin