Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın “ordunu yenidən qurmaq” xülyası nəyə xidmət edir?

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini bildirib.

O bu barədə yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən danışıb: “Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu anlamalıyıq. Ümumiyyətlə, orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə üzləşdiyimiz açıqdır”.

N.Paşinyan silahlı qüvvələrin uğurlu fəaliyyəti üçün “orduda və silahlı qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmağın çox vacib olduğunu”--əlavə edib.

Xatırladaq ki, Ermənistanın eks-müdafiə naziri David Tonoyan ötən gün istefa verib. Görəsən, ordunu yenidən qurmaqla Paşinyan ölkəsini indi hansı təcavüzə hazırlayır?

R.TAHİR,
“Xalq qəzeti”

21 Noyabr 2020 14:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə