Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Euronews" işğaldan azad edilmiş Füzuli rayonundan reportaj yayımlayıb

"Euronews" telekanalı erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

Reportajda qeyd olunur ki, Füzulidə əsgərlərin Azərbaycan bayrağını sanca bilməsi üçün bir dənə də sağlam tikili qalmayıb. Əsgərlə bayrağı dağılmış evin fasadına sancmaqla kifayətləniblər.

Füzulidən olan qaçqın Arzu Şəfiyevanın sözlərinə görə, 30 il onlar oranı tərk edəndə şəhər tamamilə başqa cür idi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır:

"İşğala qədər şəhərdə 100 min əhali yaşayırdı, şəhər çiçəklənirdi, amma onu yerlə bir etdilər. Azərbaycan erməinilərin dağıtdıqlarını bərpa edəcək, Füzulini həyata qaytaracaq və bura yenidən Azərbaycanın çiçəklənən şəhərinə çevriləcək".

21 Noyabr 2020 11:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə