Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həftəsonu yalnız bu sahələr işləyir

Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri yalnız bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir.


Azvision.az -ın məlumatına görə, 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları;

- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı;

- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

- kütləvi informasiya vasitələri;

- mühafizə xidmətləri.

Məsaim Abdullayev,
“Xalq qəzeti”

21 Noyabr 2020 10:24 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə