Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş ərazilər əvvəlkindən də abad olacaq

Erməni barbarlığı, vəhşiliyi işğal edilmiş ərazilərdəki dağıntılarda da özünü  göstərdi. Hətta qəbristanlıqların  yerlə -yeksan edilməsi də təsdiqlədi ki,  ermənilərdə insanlıqdan əsər-əlamət  yoxdur. Vandallar işğal etdikləri  torpaqlarda  bütün infrastrukturu dağıdıb və faşistlərdən də qəddar olduqlarını nümayiş etdiriblər.  Hazırda  dünya  erməni vəhşiliyinin şahididir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri, orada sərbəst gəzmələri, Xudafərin körpüsunə baş çəkmələri  və dövlət başçımızın həmin ərazidə Azərbaycan bayrağını qaldırması hər birimizdə qürur hissi yaratdı.  İşğaldan azad edilmiş ərazilərdə  şanlı Azərbaycan bayrağının qaldırılması ölkəmizin  müasir tarixinin ən şanlı səhifələrindəndir. Bəli, bir vaxtlar düşmən tapdağı altında qalmış ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır.  

Möhtərəm Prezidentimiz çıxışlarında, məcburi köçkünlərlə görüşlərində qətiyyətlə bildirildi ki, Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verməyəcəyik. Bu gün mövcud olan Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu barədə kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu gün artıq hər bir soydaşımız dövlət başçısnın dediklərinin canlı şahididir.  27 il düşmən əsarətində qalan ərazilərimiz rəşadətli ordumuzun gücü hesabına azad edildi.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə olarkən, bir daha bildirdi ki, ikinci Qarabağ müharibəsi  bizim şanlı Qələbəmizlə nəticələndi.  Möhtrəm Prezidentimiz hazırda   işğal edilmiş  ərazilərimizə  düşmən tərəfindən vurulmuş ziyanın  hesablandığını, zərərçəkmiş bütün insanların  dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacğını bildirdi.  Bu işlərin  planlı şəkildə aparılacağını, ilk növbədə, ziyanın hesablanacağını, dəqiq uçot aparılacağını, ondan sonra bərpa-yenidənqurma işlərinin görüləcəyini diqqətə çatdırdı. 

Möhtərəm Prezidentimiz  işğaldan azad edilmiş ərazilərimizdə artıq  quruculuq işlərinə başlanıldığını bildirdi: “Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz, demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli--Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək”.

Ermənistan ordusu məğlub olduğunu  hiss etdikdən sonra mülki əhalini ağır artilleriyadan atəşə tutdu. Nəticədə 94 dinc vətəndaşımız qətlə yetirildi. Azərbaycan Ordusu isə müharibə qaydalarına  tam əməl edərək dinc əhaliyə atəş açmadı. Hədəf yalnız işğalçı ordu idi. Dövlətimizin başçısı bu məsələyə də münasibət bildirdi. Dedi ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Bunu 44 gün ərzində çoxsaylı müsahibələrində dediyini də xatırlatdı və  onların bizim vətəndaşlarımız olduğunu vurğuladı. Onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında  daha yaxşı yaşayacaqlar. Onlar kriminal, qorxaq xunta rejimindən öz yaxalarını qurtarmalıdırlar”.

Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü və düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və bu bayraq  əbədi dalğalanacaq.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

21 Noyabr 2020 10:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə