Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər işğal etdikləri digər ərazilər kimi Ağdamı da xarabalığa çevirib

Qoşunlarımızın Ağdam istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.
İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

Ermənilər işğal etdikləri digər ərazilər kimi Ağdamı da xarabalığa çevirib.

21 Noyabr 2020 09:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə