Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdamın azad olunması ilə bağlı xalqa müraciəti Misir KİV-lərinin diqqət mərkəzində

Misirin “Əl-Vəsilə”, “Əl-Məsiryəlyoum”, “Əl Vətənəxbar”, “Garbnews” və “Əlğad” informasiya portalları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətini yayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin müraciətində 44 günlük Vətən müharibəsi, Ağdamın digər ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı müraciətindəki əsas məqamları Misir ictimaiyyətinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyi müraciətin tam mətnini bu ölkənin KİV-lərinə göndərib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

20 Noyabr 2020 22:15 -

Köhnə versiyamızdan xəbərləri izlə